Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı və İrəvan razılaşdı

Bakı və İrəvan razılaşdı


"Hrapak" nəşri yazıb ki, bu ilin yayında Bakı və İrəvan birlikdə ATƏT - in Minsk qrupunun buraxılması barədə müraciət edəcəklər. Nəşr yazır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əvvəlcə Minsk qrupunun buraxılması üçün ilk olaraq sülh müqaviləsinin razılaşdırılmış maddələr üzrə yarımçıq şəkildə imzalanması şərtini irəli sürüb. Həmçinin qeyd edilib ki, Baş nazir dəfələrlə Bakıya ünvanlı şəkildə bu şərti vurğulasa da, sonradan fikrini dəyişib. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi tələblər və son zamanlarda Zəngəzur dəhlizi ilə bağlı aparılan müzakirələr Paşinyanı narahat edib.

Beləliklə o, tələsik şəkildə Minsk qrupu ilə bağlı fikrindən daşındı. Eyni zamanda ölkənin ədliyyə naziri Srbuhi Qalyanın son açıqlamasına görə, hökumət 2027-ci ilə qədər yeni konstitusiya mətnini hazırlanmasını qarşısına məqsəd qoyub. Qeyd edək ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri də ATƏT-in Minsk qrupunun buraxılması idi. Nikol Paşinyan bir neçə gün öncə İrəvanın da eyni tələblə çıxış edəcəyini açıqlayıb. Ermənistan hökuməti ATƏT Minsk Qrupunun 44 günlük müharibədən sonra faktiki fəaliyyətsiz vəziyyətə düşməsinə baxmayaraq qurumun buraxılması ilə bağlı rəsmi Bakıdan gələn haqlı tələbi gözardı edirdi. Donald Trampın inaqurasiya mərasiminə sayılı günlər qalmış və ABŞ - Ermənistan " strateji əməkdaşlıq " siyasəti haqqında saziş imzalanmasından sonra Paşinyan hökumətinin Bakının bu tələbini qəbul etməsi bir neçə məqamlardan xəbər verir.

İlk növbədə Ermənistan Azərbaycanın əsas şərtini üzərindən atmaq niyyətini nümayiş etdirir. Aydın məsələdir ki, sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının əsas şərti məhz Ermənistan konstitusiyasına dəyişlik edilməsi, Azərbaycan və Türkiyənin əlehinə olan müvafiq maddələrin dəyişdirilməsidir. Paşinyan hökuməti diqqəti bu məsələdən yayındırmaq üçün son zamanlarda məhz Minsk Qrupunun buraxılması məsələsi üzərinə fokuslanıb. İkinci bir məqam isə Donald Trampın hakimiyyəti gəlişi ilə bağlıdır. Bir müddət əvvəl ABŞ Konqresinin respublikaçı üzvü, Helsinki komitəsinin sədri Co Vilson mətbuata verdiyi açıqlamasında Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı çalışmaq fikrində olduğunu bildirib. Paşinyan öncədəngəlmişlik edərək özünü Trampa sülh üçün güzəştə gedən tərəf kimi göstərməyə çalışır.

Üçüncü məsələ Azərbaycan prezidentin bir neçə gün əvvəl yerli televizya kanallarında verdiyi müsahibə zamanı səsləndirdiyi qətiyyətli fikirlərdir. Ermənistan rəhbərliyi Azərbaycanın sərt addımlardan ehtiyyat edərək müəyyən qədər yumşalatma yaratmağa çalışır. Daha bir məsələ isə daxili siyasətlə bağlıdır. Nikol Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı 2027 - ci ildə referenduma getmək istəyir və bunun üçündə tezlikdə sülh müqaviləsinin imzalanmasına çalışır. Paşinyanın niyyəti daha sərt bir idarəçilik quraraq öz rəqiblərini sıradan çıxarmaqdır.

Nəticə etibarı ilə artıq " ölümü rəsmilləşdiriləcək " bu qrup bu illər ərzində heç bir müsbət məqamla yadda qalmadı. 1994 - cü ildə həmsədrlik institu şəkilində yaradılmış ATƏT Minsk qrupunun əsl işi Qarabağ münaqişəsini həll etmək olsa da bu müddətdə onun həmsədrləri yalnız regiona turist səfərləri etməklə kifayətləndilər. Minsk qrup münaqişənin mövcud olduğu 30 ildə bir dəfə də olsun məsələnin həlli ilə bağlı əhəmiyyətli iş görmədi. Zatən həmən həmsədrlərin əsl niyyəti də məsələni yubatmaq idi. Sonda Azərbaycan öz gücü hesabına 2020 - ci ildə cəmi 44 günə öz torpaqlarını azad edərək suverenliyini bərpa etdi və münaqişəyə son qoydu. Münaqişə mövcud olmadığı üçün Minsk Qrupuna da heç bir ehtiyac yoxdur. Buna görə də Ermənistan tərəfi bunu hansısa güzəşt kimi yox, məcburiyyətdən doğan texniki proses kimi nəzərə almalıdır.

Zeynal Əmrəliyev, politoloq
Xəbəri paylaş