
Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı dayandırılacaq.
Newscenter.az "Azəriqaz" İB-yə istinadən bildirir ki, Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 3 və 5 nömrəli məktəblərin qaz xəttinin şəbəkəyə qoşulması ilə bağlı bu gün saat 11:00-dan etibarən ərazidəki 1000 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Cavid










































