
Özbəkistan gələn il Əfqanıstana elektrik enerjisi tədarük edəcək.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müvafiq razılaşma əldə edilib.
Məlumata görə, 2026-cı ildə elektrik enerjisi tədarükünə dair müqaviləni Özbəkistanın Energetika naziri Curabek Mirzamahmudov və Əfqanıstanın "DABS" şirkətinin baş direktoru Abdul Bori Umar imzalayıblar.
Görüş zamanı Əfqanıstanda tikilməkdə olan yüksək gərginlikli elektrik ötürücü şəbəkələrinin və yarımstansiyaların mövcud vəziyyəti və iş tempinin sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.
Cavid İmaməliyev










































