
Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Yığıncaq zamanı iştirakçılar texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparıblar. Eyni zamanda Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni Baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəlinib.
Sonda qəbul edilmiş qərarlara müvafiq sənədlər imzalanıb.
Süleyman










































