Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda "yaşıl enerji" sahəsində 3 milyard dollardan çox dəyərində layihələr hazırlanır

Özbəkistanda "yaşıl enerji" sahəsində 3 milyard dollardan çox dəyərində layihələr hazırlanır



Özbəkistanda "yaşıl" enerji, nəqliyyat, rəqəmsal transformasiya, təhsil və digər sahələrdə 3 milyard dollardan çox dəyərində layihələr hazırlanır.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiya İnkişaf Bankının prezidenti Masato Kandonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Görüşdə Özbəkistanda sosial-iqtisadi islahat proqramının həyata keçirilməsi çərçivəsində genişmiqyaslı əməkdaşlığın daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Məmnuniyyətlə qeyd edilib ki, ötən müddət ərzində yüksək səviyyədə əməkdaşlıq əldə edilib. Özbəkistan bankın regionda ən böyük tərəfdaşı olaraq qalır. Birgə layihələr portfeli 15 milyard dolları keçib.

Söhbət zamanı əsas diqqət 2026-cı ilin may ayında Səmərqənddə keçiriləcək AİB Direktorlar Şurasının illik iclasına hazırlıq işlərinə yönəldilib.

Süleyman
Xəbəri paylaş