Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-la münasibətlərdə irəliləyiş Ermənistanı müəyyən qədər arxayın salıb

ABŞ-la münasibətlərdə irəliləyiş Ermənistanı müəyyən qədər arxayın salıb


"Görünür ki, ABŞ-la münasibətlərdə irəliləyiş Ermənistanı müəyyən qədər arxayın salıb. Bu görüşün nəticəsi Ermənistan mediasında Azərbaycanla münasibətlərin normallaşdırılmasından daha çox İrəvanın Vaşinqtonla münasibətlərində yaranan yaxınlıq qeyd edilirdi. Görünən odur ki, Ermənistan vəziyyəti fərqli istiqamətə yönəltmək istəyir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Əfsanə İbrahimova son vaxtlar Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətindəki fəaliyyətində passivlik nümayiş olunmasının səbəblərinə aydınləq gətirərkən səsləndirib. O bildirib ki, təmas xəttinə toqquşmanın baş verməməsi, mövcud sakit vəziyyət, beynəlxalq münasibətlərdə vəziyyətin qarışıq olması da Ermənistana müəyyən dərəcədə manevr imkanları verir:

"Eyni zamanda, Ermənistanda hökumət əsas təhlükəsizlik alternativini Rusiya deyil, Qərb strukturlarında görməyə başlayıb. Bu isə ictimai rəydə “yeni təhlükəsizlik arxitekturası”na keçid kimi təqdim olunur və daha arxayın siyasi atmosfer yarada bilər".

Əfsanə İbrahimova hesab edir ki, Ermənistanda seçkilərin yaxınlaşması da Paşinyan hökumətinin diqqəti fərqli istiqamətə yönləndirməsinə səbəb olan faktorlardan biridir:

"Paşinyan öz xalqına sülh danışıqlarında daha çox xarici təhdidlər, seçkilərə müdaxilə və təhlükəsizlik məsələləri barədə nağıllar danışmaqla məşğuldur. Əgər vəziyyət bu şəkildə davam edərsə, rəsmi Bakı İrəvanın qarşısında konkret tələb qoya bilər. Ermənistan hökumətinin üzərinə götürdüyü öhdəliklər var və İrəvan bunu mütləq yerinə yetirməlidir. Əksi, əlbətdə ki, Ermənistan üçün faciə ilə nəticələnə bilər".

Süleyman
Xəbəri paylaş