Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda bir evdə 12 nəfər yanaraq ölüb

Qazaxıstanda bir evdə 12 nəfər yanaraq ölüb



Qazaxıstanda 12 nəfərin ölümünə səbəb olan yanğın hadisəsi baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Türküstan vilayətinin Jetysay rayonunda qeydə alınıb. Fərdi evdə baş verən yanğın nəticəsində mənzildə köməksiz vəziyyətdə qalan 12 nəfər yanaraq dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı prezident Kasım-Jomart Tokayev başsağlığı verib. Dövlət başçısı hökumətə və Türküstan vilayətinin akiminə qurbanların qohumlarına bütün lazımi yardımı göstərməyi və faciəli hadisə ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb.

Anar Əliyev
Xəbəri paylaş