Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olsun-TƏKLİF

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olsun-TƏKLİF


"Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olması üçün təşəbbüslə çıxış edilməsi yaxşı olar. Azərbaycanın dünyanın yeni düzənində istər siyasi, istərsə də kommünikasiyaların mərkəzi nöqtəsi, enerji təminatçısı kimi rolları baxımından vacib ölkəyə çevrilməsi dünyanın bütün aparıcı dövlətləri tərəfindən də qəbul edilir, bəyənilir. Türkiyənin bu istiqamətində Azərbaycanı dəstəkləyəcəyi şübhəsizdir. Əslində, Türkiyə bu yerə layiqli namizəddir, amma Türkiyəyə qarşı olan ölkələr çoxdur və buna imkan verməzlər".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Azər Qasımov səsləndirib. O deyib ki, Azərbaycanın öz reallığını özü yaratmaqla bunu yaxın ətrafından tutmuş Yaxın Şərq, Ərəb yarmadası, Mərkəzi Asiya, Çin, Qərbi və Şərqi Avropaya qəbul etdirməsi, aparıcı dünya dövlətləri ilə bərabərhüquqlu siyasi fəaliyyəti göz önündədir:

"Hesab edirəm ki, Azərbaycanın artıq dünya siyasətinin aparıcı dövlətlərinin sırasına daxil olmasının vaxtı çatıb.

Bu, BMT-nin Təhlükəsizlik Şurası üçün də imic dəyişikliyi olar. TŞ-na yeni ən azı iki dövlətin daxil edilməsi qərarların alınmasında yeni dövr yarada bilər. Azərbaycana bu məsələdə dəstək olmaq üçün bir sıra dövlətlərlə iş aparılmalıdır".

Süleyman
Xəbəri paylaş