
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəməsinin ölkədəki bütün televiziya kanallarında canlı yayımlanmasını istəyib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, MHP lideri partiyasının qrup toplantısında çıxışı zamanı məlum təşəbbüsü irəli sürüb.
"Məhkəmə bütün televiziya kanallarında, o cümlədən TRT-də canlı yayımlanmalıdır. Türkiyə xalqı nə baş verdiyini görməlidir və bilməlidir", - deyə Bahçeli bildirib.
Onun sözlərinə görə, İstanbul bələdiyyəsinə qarşı ittihamları məhkəmədə canlı izləmək ölkədə demokratiyaya inamı gücləndirməyə kömək edəcək.
Qeyd edək ki, İmamoğlu bir müddət əvvəl onun məhkəməsinin Türkiyə televiziyası ilə canlı yayımlanmasını təklif edib .
Fuad










































