Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan 47 nəfəri ölkə ərazisindən deportasiya edib

Gürcüstan 47 nəfəri ölkə ərazisindən deportasiya edib


Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları miqrasiya qanunlarını pozaraq ölkədə yaşayan 47 əcnəbini deportasiya edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Banqladeş, Misir, Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba, Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşları Gürcüstandan deportasiya ediliblər. Onların ölkəyə girişi qadağan edilib.

Noyabrın əvvəlində Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrda ölkədən 121 qeyri-qanuni miqrantın deportasiya edildiyini bildirmişdi.

Qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə miqrasiya qanunvericiliyinə edilən düzəlişlər də oktyabrın 1-dən qüvvəyə minib.

Şeyda Məmmədova
Xəbəri paylaş