
Ermənistan–Azərbaycan sülh müqaviləsinin bağlanması və regional kommunikasiyaların açılması yaxın gələcəkdə Cənubi Qafqaz–Orta Asiya iqtisadi platformasının formalaşmasına şərait yaradacaq.
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Aqil Məmmədov deyib. O bildirib ki, xüsusilə, Zəngəzur yolunun və ya Trump yolunun açılması Mərkəzi Asiyanın Avropa ilə yanaşı Yaxın Şərqə də daha sürətli çıxışını təmin edəcək:
"Hətta gözləmək olar ki, Mərkəzi Asiya İttifaqı Avropa İttifaqının modelindən bəhrələnərək şərti sərhəd prinsipini tətbiq edib qarşılıqlı ticarət və insan axınını maksimum dərəcədə sədələşdirsinlər. Bunun nəticəsində turizm və xidmət sektorlarında ciddi canlanma baş verə bilər".
Cavid










































