Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mədəniyyətimiz xalqımızın tarixi yaddaşını yaşadan mühüm sərvətimizdir

Mədəniyyətimiz xalqımızın tarixi yaddaşını yaşadan mühüm sərvətimizdir



"Mədəniyyətimiz xalqımızın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan ən mühüm sərvətimizdir. Bu zəngin irsin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlər dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və dəstək sayəsində daha da genişlənir".

Newscenter.az xəbər verir ki, bunları Gəncədəki Nizavi Gəncəvi adına Muzeyin direktoru Teymur Əliyev səsləndirib. O qeyd edib ki, möhtərəm cənab Prezident İlham Əliyevin mədəniyyət sahəsinə verdiyi strateji önəm, bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti bizə böyük məsuliyyət və eyni zamanda güclü stimul verir:

"Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanıdılması, irsimizin müasir formada təqdim olunması istiqamətində gördüyü genişmiqyaslı işlər isə bizim üçün mühüm yol göstərən amildir.

Eyni zamanda, Mədəniyyət Nazirliyinin peşəkar rəhbərliyi və davamlı institusional dəstəyi muzeyimizin fəaliyyətinin daha səmərəli, müasir və innovativ tələblərə uyğun şəkildə təşkilinə şərait yaradır".

Teymur Əliyev, "Biz də öz növbəmizdə göstərilən bu yüksək etimadı doğrultmaq, mədəni irsimizi daha geniş auditoriyaya çatdırmaq, tariximizi layiqincə təbliğ etmək və gələcək nəsillər üçün daha zəngin bir mədəni mühit formalaşdırmaq məqsədilə ardıcıl və qətiyyətli fəaliyyətimizi davam etdiririk",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş