Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya avtomobil idxalı artıb

Rusiyaya avtomobil idxalı artıb


Cənubi Koreyadan Rusiyaya avtomobil idxalında artım müşahidə edilir.

Newscenter.az TASS-a istinadən bildirir ki, Cənubi Koreya Gömrük Xidmətinin məlumatına görə, 2025-ci ilin oktyabr ayında Koreya Respublikasından Rusiyaya avtomobil idxalının dəyəri 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə artıb.

2025-ci ilin oktyabrında Cənubi Koreyadan Rusiyaya 142,3 milyon dollar dəyərində avtomobillər gətirilib. 2024-cü ilin oktyabrında bu rəqəm 54 milyon dollar olub.

Məlumata görə, 2025-ci ilin ilk 10 ayında Koreya Respublikasından Rusiyaya ümumilikdə 910 milyon dollar dəyərində avtomobil idxal edilib. Bu göstərici 2024-cü ilin eyni dövründə 529 milyon dollar, 2023-cü ildə isə 570 milyon dollar olub. Yanvar-oktyabr aylarında Rusiya Cənubi Koreyadan avtomobil idxal edənlər arasında 11-ci yerdə qərarlaşıb.

Ümumilikdə, 2024-cü ildə Cənubi Koreyadan Rusiyaya 588 milyon dollar dəyərində avtomobil idxal edilib.

Cavid
Xəbəri paylaş