Trrampın yenidən prezident kürsüsünə qayıdışı qlobal iqtisadiyyatda ciddi dəyişikliklər vəd edir. Təsəvvür edin, onun 10-20%-lik ümumi tarif artımı və Çinlə ticarət əlaqələrinə 60%-lik tarif tətbiqi kimi təklifləri artıq Dünya Bankının proqnozlarına təsir edib: əgər bu planlar reallaşarsa, 2025-ci ildə qlobal iqtisadi artım əlavə 0.3% azala bilər!
ABŞ bazarları Trrampın qayıdışını nikbinliklə qarşılasa da, investorlar ticarət müharibələrinin yenidən başlamasından ehtiyatlanır. Xüsusilə Çin iqtisadiyyatı - Avstraliya kimi bir çox ölkənin əsas ticarət tərəfdaşı - bu tariflərin əsas hədəfi olacaq. Yavaşlayan Çin iqtisadiyyatı qlobal inflyasiyanı artıraraq bütün ticarət tərəfdaşlarına öz təsirini göstərə bilər.
Onun iqtisadi siyasətləri "ikili xarakter" daşıyır: bir tərəfdən, vergi endirimləri və tənzimləmələrin azaldılması bazarları sevindirir; digər tərəfdən isə sərt tariflər və immiqrasiya məhdudiyyətləri qlobal qeyri-müəyyənlik yaradır.
Ümumilikdə, o, əvvəlki prezidentlik dönəmindəki adam olmayacaq. Odur ki, onun ikinci prezidentlik dövrü tam fərqli gözlənilməz qərarlarlar, dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklər vəd edir. Buna görə də ölkələr onun yeni dönəm hədəflərini diqqətlə izləyərək uyğun strategiyalar hazırlamalıdırlar.
Eldəniz Əmirov, iqtisadçı