Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Neftçalada yod zavodunun tikilməsini təklif edib

Millət vəkili Neftçalada yod zavodunun tikilməsini təklif edib


"Regionlarda işsizliyin aradan qaldırılması üçün yeni iş yerlərinin açılmasına ehtiyac var. Bunun üçün investorlar, iş adamlarını bu prosesə cəlb etmək olar".

Newscenter.az
xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı parlamentdə büdcə müzakirələri zamanı millət vəkili seçildiyi Neftçala rayonunun problemlərindən danışarkən deyib. O qeyd edib ki, Neftçala rayonunda yod zavodu, eyni zamanda müalicə kompleksi tikilə bilər:

"Belə addımların atılması Neftçalada işsizlik probleminin tədricən aradan qaldırılmasına müsbət təsir göstərə bilər",-deyə deputat vurğulayıb.

Tənzilə Rüstəmxanlı onu da diqqətə çatdırıb ki, Neftçalanın bəzi yaşayış məntəqələri, kəndlərində apteklər belə yoxdur:

"Xol kəndində aptekin olmaması səbəbindən kənd sakinləri onlarla kilometr yol qət edib rayon mərkəzinə gəlməli olurlar".

Süleyman
Xəbəri paylaş