
"Trampın Rusiya və İranla bağlı bəyanatları onu deməyə əsas verir ki, ABŞ-ın Rusiya və İrana yönəlik siyasəti dəyişməz olaraq qalacaq və Tramp bu siyasəti daha da kəskin şəkildə davam etməyə hazırlaşır. Hətta o, İranla müharibənin başlanması ehtimalını belə istisna etmir".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, əslində Suriyada Əsəd rejiminin devrilməsindən sonra, sıranın İran molla rejiminə sıçrama ehtimallarını artırdı:
"Bəzi mənbələrdə İranın Suriyada 50 milyard dollar pul xərclədiyi məlumatlar var. Bu səbəbdən Əsəd rejiminin devrilməsi ən çox İrana təsir göstərir. Çünki, İrana aid və bağlı proksi qüvvələrlə əlaqələrin kəsilməsi nəticəsində, bütün planlarla birlikdə, o güclərin də dağılması baş verəcəkdir. Tramp, Rusiyanı həmçinin Ukrayna cəbhəsində hədələyib. Trampın dedikləri Ukrayna cəbhəsində həyata keçirilməsi təqdirdə, İranın Yaxın Şərqdə və ümumiyyətlə bölgədə yürütdüyü siyasətin tamamilə iflasa uğraması qaçılmazdır. Çünki, İranın əsas tərəfdaşı Rusiyanın zəifləməsi, dəstək baxımdan İrana ciddi şəkildə öz təsirini göstərəcək".
Anar Əliyev