![Tovuzda məktəbdə şagirdlər zəhərlənib](/uploads/posts/2024-12/xestexana-sistem-.jpg)
Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib.
"Report"un Qərb bürosunun məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.