Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadınlıq məgər budur?

Qadınlıq məgər budur?


"Qadın bədəni yetəri qədər şəkilli yaranıb. Onu bıçaqla şəkilləndirməyə ehtiyac yoxdur. Lazım olan şey düzgün və sağlam qidalanma, ondan da əsası sağlam psixologiyadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Zülfiyyə Əliyeva səsləndirib.

O bildirib ki, qadınlara sonradan əlavə gözəllik anlayışını necə yükləyiblərsə artıq ən fantastik qiymətə olan kosmetik vasitələr yağ-çörək kimi alınır:

"Qadınların gözü, qaşı, bədəni o qədər ön plandadır ki, sanki bunlardan biri standartlara uyğun olmasa o artıq qadın siyahısından çıxmaldır. Qadınlıq məgər budur? Ağıl, zəka, xarakter, düşüncə, çalışmaq, qazanmaq, həyatı sağlam və doya - doya yaşamaq hara getdi bəs? Kiçilən beyinlərin gözəl bədənləri heç zaman heç bir işə yaramayıb. Bu tam tərsi kölə olaraq yaşamağın ən birinci üsuludur və sən özünə düşmənsənsə bütün günü güzgünün qarşısında otur və basqa heç bir işlə məşğul olma. Və gözəllik qurban tələb edir anlayışını da birmənalı qəbul etmə".

Anar Əliyev
Xəbəri paylaş