"Təyyarənin vurulmasının Rusiyanın HHM sistemlərinin işi olması dəqiqdir. Bu, Rusiya ordusunun silah sistemlərinin və onları idarə edən əsgərlərin kvalifikasiysının zəif olması ilə əlaqəlidir. Məsələ bu deyildir".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, gözlənilməz hadisə həmişə ola bilər:
"Rusiya öz vətəndaşları da olan sərnişin təyyarəsini vurmaz. Təbii ki, istəmədiyi halda. İstərsə, ümumi şəkıldə Rusiyanın etməyəcəyi hal yoxdur. Rusiyada müharibə gedir və hava məkanı radioelektron mübarizə (REB) vasitələri ilə bağlanıb, yəni qeyd edilən hal bizə görə məqsədli şəkildə edilməyib. Ən azı təyyarəyə xəbərdarlıq edilə bilərdi".
Azər Qasımov qeyd edib ki, bu hadisəni də bizim rus helikopterini ikinci Qarabağ müharibəsində və ya sonra antiterror əməliyyatı zamanı rus hərbi maşınını vurduğumuz kimi bilməyərəkdən vurmağa bağlayıb üstündən keçəcəklər:
"Amma, əsəs problem təyyarəni vurduqdan sonra onun yaxınlıqdakı aeroportlara enməsinə icazə verilməməsi və izi itirmək üçün təyyarənin Xəzər dənizinə düşməsi üçün edilən cəhddir. Bu artıq üstündə ciddi durulası məsələdir. Əsas problem Rusiyanın bu qəddarlığıdır. Bunun üstünə gedilməlidir".
Süleyman