Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pilotlar, bütövlükdə ekipaj, sərnişinlərin xilas olması üçün əllərindən gələni ediblər

Pilotlar, bütövlükdə ekipaj, sərnişinlərin xilas olması üçün əllərindən gələni ediblər


"Qazaxıstanın Aktau şəhəri yaxınlığında, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması hər birimizi sarsıtdı. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm, yaralılara tezliklə şəfa tapmasını arzulayıram. Hadisənin araşdırılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən Dövlət Komissiyası yaradılmış, Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır".

Newscenter.az xəbər verir ki, bunu deputat Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, aidiyyəti orqanların nümayəndələri hadisə yerinə ezam olunublar:

"Qəzadan sağ çıxanlar xəstəxanaya yerləşdirilmiş, vətəndaş sorğularının cavablandırılması üçün "Qaynar xətt" təşkil olunmuşdur. Cənab Prezident tərəfindən Baş Nazir Əli Əsədova həlak olan və xəsarət alanlara dövlət dəstəyinin göstərilməsi barədə tapşırıqlar verilib.Qəzanın baş vermə səbəbləri barədə, müxtəlif internet resurslarında həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Belə şayiələrin yayılması doğru deyil. Qeyd etdiyim kimi, hadisə yerində peşəkarlar araşdırma aparır. "Qara qutu" və təyyarənin qalıqları tam müayinə olunandan, şahidlərin ifadələri alınandan sonra sonra rəsmi mövqe ilə ictimaiyyət tanış olacaqdır. Yalan məlumatları yaymağa, baş vermiş faciədən məkrli məqsədlər üçün istifadə etməyə ehtiyac yoxdur.

İlkin olaraq, yayılan videogörüntülərə əsasən deyə bilərik ki, pilotlar, bütövlükdə ekipaj, sərnişinlərin xilas olması üçün əllərindən gələni etmişlər. Xüsusilə, son anda, ölüm təhlükəsi ilə üzləşdiyini bilərək, sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığını vurğulamaq istərdim. Belə bir Azərbaycanlı qadının qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır".(sonxeber.az)
Xəbəri paylaş