
Qazaxıstan iqtisadiyyatı 2019-cu ildən bəri 16 faiz artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev bunu Respublika Gününə həsr olunmuş təntənəli iclasda bildirib.
Prezident qeyd edib ki, pandemiya, nəhəng ölkələrin sanksiyalarla qarşıdurması, qurulmuş ticarət yollarının pozulması, müxtəlif münaqişələr və müharibələr dünya ölkələrinin inkişafına böyük itkilər verib.
“Bu hallar Qazaxıstana da təsir edib. Lakin biz lazımi tədbirləri vaxtında görmüşük. Potensialını qoruyub saxlayaraq iqtisadiyyatımızı yenilənmiş güclə inkişaf etdirmişik”, - deyə Tokayev bildirib.
Onun sözlərinə görə, 2019-cu ildən bəri Qazaxıstan iqtisadiyyatı 16 faiz artıb və bu il bu rəqəmin təxminən 137 trilyon tenge və ya 291 milyard dollar olması planlaşdırılır.
Mehman Mehdiyev











































