Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda keçmiş partiya sədri həbs olunub

Azərbaycanda keçmiş partiya sədri həbs olunub



Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədli həbs olunub.

Bu barədə Newscenter.az reporta istinadən bildirir ki, onun vəkili Hikmət Əliyev məlumat verib.

O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib:

"Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib".

Qeyd edək ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilmişdi.

Bu il Baş Prokurorluq tərəfindən onun barəsində olan cinayət işi yenilənib.

Mehman Mehdiyev
Xəbəri paylaş