
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.
Newscenter.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.
Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.
Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Sevinc Mehdiyeva











































