Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycana qarşı növbəti qırğın törətdi

Rusiya Azərbaycana qarşı növbəti qırğın törətdi


"Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman heç bir quş sürüsünə rast gəlməyib,hücuma məruz qalıb. Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb.

Həmçinin, Rusiyanın Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarə tamamilə rabitəsiz qalıb.Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib.Məqdəd cinayətin izini itirmək olub".

Newscenter.az
xəbər verir ki, bu fikirləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev səsləndirib. O deyib ki, Qroznı Hava Limanı təyyarəyə eniş icazəsi verməyib:

"Eyni zamanda, Mahaçqala və Mineralnıye Vodı hava limanlarından da təyyarənin eniş üçün icazə verməyib.Yalnız Xəzər üzərində siqnal bərpa eilməklə dənizə düşən təyyarə ilə bağlı “son siqnal xəzər üzərində oldu”ifadəsi ilə cinayətin izinin dənizdə batlrmaq olub.

Məhz buna görə REB və HHM sistemlərinin təsiri ilə Azərbaycan təyyarəsinin ekipajı Aktau şəhərinə yönləndirilib. Təyyarənin Xəzər dənizində qəzaya uğraması üçün bu qərar verilə bilərdi. Bu isə təyyarədəki şahidlərin həyatını itirəcəyi və sübutların yox olacağı mənasına gəlirdi. Təyyarəni güllələyib qəzaya yönəldənər pilotların sağ qalaraq saatlarla 100 km-lərlə yol qət edəcəyini hesaba almayıblar.

Rusiya prezidenti Putin Qəzadan sonra guya Rusiya səmasında baş verənlərdən xəbərsiz kimi danışarsq,Aktauda baş verən faciəyə görə Azərbaycana baş sağlığı verir…(O saatlarda Azərbaycan Prezidenti Rusiya səmasında idi və məntiqlə Azərbaycan tərəfi üçün bu səma tam təhlükəsiz vəziyyətdə olmalı idi)Bu da bir başqa ciddi mövzudu…Yadıma 20-ci ilin noyabrında ,məlum gecədə Rusiya gəmilərindən Abşerona atılan raketlər düşdü".

Fərəc Quliyev qeyd edib ki, Rusiya bu cinayətin müəllifi olduğunu inkar etsə də, şahid ifadələri,qəlpə yerləri və təyyarənin xaricində eşidilən partlayış səsləri və s. təyyarəmizin Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alındığını göstərir:

"Rusiya bu hadisənin təsadüf olduğunu iddia etsə belə, hadisədən sonra Qroznı,Mahaçqala və Mineralnıye Vodı hava limanlarından təyyarənin enişi üçün icazə verilməməsi, Rusiyanın Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qoyulması , yalnız Xəzər dənizi üzərində siqnalın bərpa edilməsi faktları kifayətdir ki,Rusiya məsuliyyətdən qaça bilməsin.
20 yanvar,Xocalı faciələrindən sonra cəzasızlıqdan ruhlanıb yeni qətliam törədən günahkar Rusiya məsulları cəzalandırmalıdır!

Rusiya ilə Axərbaycan arasında müqaviləyə əsasən, 20 yanvar və Xocalı hadisəsinin iştirakçısı olan , Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən və Rusiyada hələ də əlin - qolun sallayıb gəzən cinayətkarların tutulub Axərbaycana təhvil verilmədi də tələb olunmalıdır.

Milli Məclisdə dəfələrlə təklif etdiyimə baxmayaraq Xocalı soyqıırımında Rusiyanın (məhz Rusiyanın.O zaman SSRİ yox idi) 366-cı alayı vasitəsilə Azərbaycanlılara qarşı soyqırımında iştirakı sənədlərdə təsbit olunmur.Qarşıdan gələn Xocalı ildönümü ərəfəsində Milli Məclisdə ənənəvi olaraq qəbul olunan müraciətdə bu reallıq göstərilməlidir.

Əziz Millətim , yenidən yumruq kimi birləşin ,heç bir düşmən bizi çökdürə bilməz! Müstəqilliyimizə xələl gətirmək istəyənlərə,torpağımıza göz dikənlərə yalnız torpağımızın altında yer olduğunu Qarabağ savaşında göstərdik".

Süleyman
Xəbəri paylaş