Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatıb

Audiovizual Şuranın elan etdiyi 2 müsabiqəyə sənəd qəbulu başa çatıb


Ümumölkə yerüstü radio yayımçısı lisenziyalarının verilməsi üçün Azərbaycan Respublikası Audiovizual Şurasının 07 noyabr 2024-cü il tarixli 38/24-17 və 39/24-17 nömrəli qərarları ilə 18 noyabr tarixindən elan etdiyi 2 müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Newscenter.az-a Şuradan bildirilib ki, hər bir müsabiqə üzrə Audiovizual Şuraya sənədlərini təqdim etmiş ərizəçilər aşağıdakılardır:

Birinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 88.7 MHs)
"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Balans Studiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "ANS ÇM")

İkinci müsabiqə üzrə:

(ilkin mərhələdə Bakı Teleqüllə Kompleksindən yayım aparılacaq radiotezlik 92.5 MHs)
"Pro Media Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Planet FM")
"Broadcast Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Dalğa FM")
Fiziki şəxs Quliyev Emin Suram oğlu (radio kanalın adı: "Biznes FM")
"Üçbucaq Group" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Gənc FM")
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində Audiovizual Şura tərəfindən təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcəkdir.

Süleyman

Xəbəri paylaş