Milli Məclisin deputatı Mahir Süleymanlı "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)" yubiley medalı ilə təltif edilib.
Newscenter.az-ın xəbərinə görə, bu barədə özü məlumat verən deputat, yüksək dəyərə görə Agentliyin sədri Vüqar Süleymanova təşəkkürünü bildirib.
Millət vəkili qeyd edib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın minalardan təmizlənməsi və bu torpaqların yenidən qurulması istiqamətində həyata keçirilən işlər, həm təhlükəsiz gələcəyimizin təminatı, həm də Qarabağın dirçəlişi baxımından tarixi əhəmiyyətə malikdir:
"Belə bir tarixi missiyanın bir parçası olmaq mənim üçün qürur mənbəyidir. Bundan sonra da Qarabağın tam bərpası və firavan gələcəyi yolunda əlimizdən gələni əsirgəməyəcəyik".
Süleyman