Təyyarə qəzası təxribatı Qərbin Ukrayna ilə birgə xüsusi xidmət orqanlarının "əl işinə" bənzəyir.
Newscenter.az xəbər verir ki, bunu ictimai-siyasi fəal Rəşad Quliyev deyib. O bildirib ki, bu yaxınlarda ölkə başçısl Rusiyanın tanınmış media nümayəndəsi Kisilyova müsahibəsində Azərbaycanla Rusiya strateji müttəfiqliyi ilə bağlı fikirlər bildirmiş, Rusiya Azərbaycan münasibələrinin siyasi, iqtisadi və hərbi inkişafından danışmış, Qərbin regionla bağlı planlarına aydınlıq gətirmişdir:
"Fiktimcə elə bu müsahibə Qərbi hiddətləndirmiş, təxribat planını Rusiyada həyata keçirib ölkələrimiz arasında mövcud olan hörmət, inama dayalı siyasətini zədələməyə təşəbbüs göstərmişlər.
Çox güman ki, elə buna görə də təxribatı Ukrayna ilə birgə planlaşdırmış, bunu Rusiya ərazisində həyata keçirmək üçün düşünülmüş plan qurmuşlar.
Diqqət edirsinizsə, Zelenski qəza ilə bağlı nə açıqlama, nə də başsağlığı verməyib".
Anar Əliyev