"Son zamanlarda baş verən faciə, hər birimizin diqqətini çəkib və dərindən təsirləndirib. Azərbaycanın təyyarəsi ilə bağlı baş verən hadisə, çoxsaylı sübutlarla göstərir ki, təyyarə səhvən Qroznı şəhərinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub".
Newscenter.az xəbər verir ki, bunları İnsan Resursları mütəxəssis Günay Məmmədova deyib. O bildirib ki, bu cür faciələrin baş verməsi, heç bir ölkə üçün qəbul edilə bilən hal deyil:
"Lakin, mütərəqqi ölkələrdə belə hallarda məsuliyyət qəbul edilir, üzr dilənir və qurbanların ailələrinə təzminat ödənilir. Təəssüf ki, bu dəfəki hadisədə məsuliyyətin üzərinə götürülməsi və doğru həqiqətin ortaya qoyulması istiqamətində ciddi addımlar atılmır".
Günay Məmmədova deyib ki, hər birimizin bu məsələyə diqqət yetirməsi, ədalət və həqiqətə nail olmaq üçün birgə səy göstərməmiz vacibdir:
"Bizim sosial şəbəkələrdə, platformalarda və müxtəlif rəqəmsal mühitlərdə bu məsələyə dair düşüncələrimizi paylaşmağımız və həqiqəti yaymağımız çox önəmlidir".
Anar Əliyev