Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətçilik maraqları

Dövlətçilik maraqları


"Dövlətçilik şüuru deyilən anlayış var, bu anlayışı qəbul edən hər kəs soyuqbaşla düşündüyü zaman nəyin nə olduğunu dərk edir və hissiyyatla deyil dövlətinin gələcəyini və maraqlarını ön planda tutur, özünün deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai-siyasi fəal Rəşad Quliyev səsləndirib. O bildirib ki, siyasət soyuqbaşlı və maraqlara uyğun davranışı sevir:

"Azərbaycan kimi ölkələrin hansısa imperialistlə olma məcburiyyəti var, çünki bizim kimi ölkələr dünya siyasətində nəyisə həll etmir. Biz sadəcə hansısa imperialistlə maraqlarımızı uzlaşdıra, sağ qalmaq üçün dostluq qurmalıyıq. Əks halda Britaniya, Amerika, Çin, Rusiya kimi ölkələr üçün biz çox-çox kiçik bir qüvvəyik. Onun üçün hansı imperialistin qanadının altına girməyi mütləq seçməliyik. Dünya xəritəsi bölüşdürülüb və bölüşdürülməkdə davam edir".


Anar Əliyev
Xəbəri paylaş