Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndi həmrəylik vaxtıdır

İndi həmrəylik vaxtıdır


"Son günlər bütün gözlər şimal qonşumuzda idi. Hamımız Rusiya rəhbərliyinin Azərbaycandan üzr istəməsini gözləyirdik. Xalqıımız və dövlətimiz bu cür həssas və kritik məqamlarda həmrəylik nümayiş etdirməyi, bir yumruq kimi birləşməyi bacarır. Bu dəfə də dövlətimizin prinsipial mövqeyi və ictimai rəy öz sözünü dedi. Rusiya tərəfi Qroznıda vurulan təyyarəmizə görə ölkəmizdən üzr istəməyin zəruriliyini nəhayət ki anladı və bu addımı atdı. Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını çatdırıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib.

O bildirib ki, Rusiya tərəfinin bu üzrxahlığı bütün Azərbaycan xalqının gözləntisi idi:

"Putinin İlham Əliyevə zəng edərək üzr istəməsi Rusiyanın Azərbaycan dövlətinin iradəsi və Azərbaycan xalqının ictimai rəyi ilə hesablaşması deməkdir. Təsadüfi deyil ki, bütün dünya mətbuatı da Putinin Azərbaycan liderindən üzrxahlığından yazır. "Vaşinqton Post", "Nyu York Tayms", BBC kimi dünyanın nəhəng media qurumları bugünkü manşet xəbərlərində Putinin İlham Əliyevə zəng edərək üzr istəməsini işıqlandırıblar. Rusiya rəhbərliyinin üzr istəməsi həqiqətən də önəmli hadisədir. Bu, bütün Azərbaycan üçün prinsipial məsələyə çevrilmişdi. Rəsmi Bakının tələbi bu idi ki, Rusiya tərəfi faktı qəbul etsin, üzr istəsin və həlak olan sərnişinlərin ailələrinə təzminat ödənilsin. Putinin dövlətimizin başçısına zəng vurub üzr istəməsi prosesin başlanğıcıdır. Bu prosesin davamı da mütləq olacaq".

Komitə sədri deyib ki, hazırda işini davam etdirən dövlət komisssiyası və eləcə də beynəlxalq ekspertlərdən ibarət heyət tərəfindən hadisənin araşdırılması başa çatdıqdan sonra, Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsinin Rusiyanın HHM sistemi tərəfindən vurulması və Aktauda qəza enişi etməsi nəticəsində zərərçəkənlərin ailələrinə təzminat ödənilməsi, araşdırmalar nəticəsində istər texniki, istərsə də qəsdən səhvə, diqqətsizliyə yol verənlərin cəzalandırılması istiqamətində də zəruri addımlar atılacaq:

"Bunları prosesin növbəti mərhələləri hesab edə bilərik. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini axıra kimi davam etdirəcək. Prezident İlham Əliyev milli mənafelərimizi və haqqımızı qətiyyətlə qorumağı bacarır.

Bu gün önəmli olan əsas nəticə budur ki, Rusiya rəhbərliyi faktı qəbul etdi və üzr istədi. Bu hadisənin bizim üçün mənəvi əhəmiyyəti böyükdür. Azərbaycan və Rusiya arasında qonşuluq və strateji müttəfiqlik münasibətləri də Rusiya rəhbərliyinin üzr istəməsini vacib və qaçılmaz edirdi. Gözləntilərimiz və haqlı tələbimiz özünü doğrultdu. Növbəti mərhələləri gözləyək və dövlətimizin yanında olaq. İndi həmrəylik vaxtıdır".

Süleyman
Xəbəri paylaş