Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml praqmatik davrandı

Kreml praqmatik davrandı


"Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan üzr istəməsi əslində çox ağıllı variantdır. Kreml praqmatik davrandı. İndiki halda Rusiya Ukraynanı, Gürcüstanı itirib, Ermənistanı itirir, Suriyanı itirdi. Həm də Yaxın Şərq əlindən çıxdı. Azərbaycanı da itirsə Mərkəzi Asiya ilə kifayətlənməli olacaq. Azərbaycanın önəmi Rusiya üçün çox vacibdir, bu faktdır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, Putinin üzr istəməsi ilə bağlı Azərbaycanda hazırda 3 qrup mövcuddur:

"Birinci qrup iqtidara yaxın medianın dəstəklədiyi bənddir. Bu hadisə Azərbaycan və şəxsən İlham Əliyevin qələbəsidir. Məndə bu fikirlə razıyam. Çünki müasir Rusiya tarixində indiyə qədər belə hadisə olmayıb. Nəzərə alaq ki, Putin hər zaman üzr istəyən də adam deyil. İkinci fikrin tərəfdarları iddia edirlər ki, Rusiya sadəcə " öz ərazisində baş verən qəza " nı nəzərdə tutub. Burada o, özünün vurduğunu etiraf etmir. Buna görə üzrü sayılmır. Putin əslində təyyarənin səhvən kənar müdaxiləyə qaldığını etiraf edib. Yəni təyyarəni səhvən vurduqlarını etiraf edib. Yoxsa adam niyə üzr istəsin? İndi texniki səbəbdən Azərbaycan üzərində hansısa ölkənin təyyarəsi qəzaya uğrasa buna görə biz üzr istəməliyik? Ya da Qazaxıstan bizdən üzr istədimi və ya ondan heç üzr gözləyən vardımı? Yəni bu arqument zəifdir".

Politoloq deyib ki, 3-cü məsələ isə müxalifətin arqumetidir:

"Rusiya bununla fikri yayındırdı, iqdidar Rusiyanın təsirindədir. Bu ən bədbəxt aruqmetdir. Birincisi Azərbaycan iqtidarı heç vaxt rusmeyilli olmayıb. Bu kökündən yanlışdı. Sadəcə istər Heydər Əliyev, istərsə də İlham Əliyev Rusiyanı mükəmməl tanıyırlar. Buna görə hər ikisinin dövründə Bakı - Moskva münasibətləri Azərbaycanın xeyrinə olub".

Anar Əliyev
Xəbəri paylaş