Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ermənistana təzyiq rıçaqları kifayət qədərdir

Rusiyanın Ermənistana təzyiq rıçaqları kifayət qədərdir


Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı prossedurlara başlaması Avrasiya İttifaqı və KTMT-dən çıxamaqla bağlı müzakirələri təbii olaraq intensivləşdirib. Çünki əgər bir ölkə öz gələcəyini Avropa İttifaqında görürsə paralel olaraq Rusiyanın liderlik etdiyi iqtisadi qurumda və hərbi birlikdə davam etdirə bilməz.

Bu isə indiki mərhələdə Ermənistan üçün olduqca ağır nəticələrə səbəb ola bilər. Belə ki, Ermənistanın ticarət dövriyyəsində Avrasiya İttifaqı üzv ölkələri xüsusi paya malikdir. Ermənistan bu qurumun və eləcə də kömrük ittifaqının üzvü olaraq ixracda kömrük və vergi rusumlarından azaddır ki, bu da ölkə üçün əlavə dividentlər gətirir. Bundan savayı isə Ermənstanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi son illərdə fantastik şəkildə artıb. Ermənistanın iqtisadi baxımdan Rusiyadan asılılığı, energi məhsulları, qida, nəqliyyat və digər sahələrdə Rusiyaya olan ehtiyacın həddi o qədər yüksəkdir ki, rəsmi İrəvanın birdən-birə Rusiyaya üz çevirməsi ağır iqtisadi böhrana səbəb ola bilər.

Rusiya hələ ki, Ermənistanla bağlı sərt tədbirlərə əl atmır çünki sanksiyaların dəlinməsində aktiv iştirak edən Ermənistandan faydalanır. Amma Ermənistanın davranışları bu şəkildə davam edəcəksə təbii olaraq təzyiq rıçaqları işə düşəcək. Rusiyanın əlində Ermənistanla bağlı təzyiq rıçaqları isə kifayət qədərdir.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş