İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri çərçivəsində iki ölkə arasında 47 maddədən ibarət saziş imzalanacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib.
O bildirib ki, sənəd ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edəcək.
"Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir", -deyə Kazım Cəlali deyib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Rusiyaya səfər edəcəyi bildirilir.
Mehman Mehdiyev