Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır

Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır


Azərbaycan əsilli sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub.

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib.

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs keçir.

Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq.
Xəbəri paylaş