Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rumıniyada etiraz aksiyaları başladı

Rumıniyada etiraz aksiyaları başladı


Rumıniyanın paytaxtı Buxarestdə minlərlə insanın iştirak etdiyi "Demokratiya Uğrunda Mitinq" adlı etiraz aksiyası başlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Agerpres agentliyi məlumat yayıb.

Bildirilib ki, Alyans partiyasının təşkil etdiyi nümayişdə iştirak edənlər Konstitusiya Məhkəməsinin prezident seçkilərinin nəticələrinin ləğvi ilə bağlı qərarının geri götürülməsini və prezident Klaus İohannisin səlahiyyətlərinin davam etdirilməməsini tələb ediblər.

100 mindən çox insanın iştirak etdiyi mitinqdə çıxış edən alyansın lideri George Simion deyib ki, irəli sürülən tələblər yerinə yetirilənə qədər Buxarest və ölkənin digər şəhərlərində etiraz aksiyaları davam edəcək.

10 saatdan çox davam edən aksiyada ciddi insident qeydə alınmayıb.

Qeyd edək ki, Rumıniyada 2024-cü il noyabrın 24-də keçirilən prezident seçkilərinin birinci turunda müstəqil namizəd Kalin Georgesku 22,94% səslə qalib gəlib. İkinci yeri 19,18% səslə sağ mərkəzçi Rumıniyanın Xilasetmə İttifaqının sədri Elena Laskoni tutub. Beləliklə, dekabrın 8-də ikinci tura seçkilərin keçirilməsi qərara alınıb. Lakin dekabrın 6-da Rumıniya Konstitusiya Məhkəməsi seçki kampaniyası da daxil olmaqla səsvermənin yenidən keçirilməsi barədə qərar qəbul edib. Konstitusiya Məhkəməsi təsdiq edib ki, İohannis yeni dövlət başçısı and içənə qədər prezident kimi fəaliyyətini davam etdirəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş