Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi ölkəni irəli aparan lider adlandırıb.
Newscenter.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Siz bizim üçün öz xalqının və dövlətinin maraqlarını qoruyaraq ölkəni irəli aparan lider nümunəsisiniz", - o qeyd edib.
İ.Kobaxidze həmçinin iki ölkə arasındakı qardaşlıq münasibətlərini qeyd edərək bu qardaşlığın strateji tərəfdaşlığa əsaslandığını bildirib:
"Əminik ki, bu qardaşlıq bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik".
Siyasətçi Gürcüstanın baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbriklərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
Onun sözlərinə görə, Gürcüstanda hakim partiyanın qələbəsi regionda sülh və sabitliyi təmin edəcək.