Ötən il korrupsiya ilə bağlı 1641 cinayət qeydə alınıb, sistematik xarakter daşıyan 68 korrupsiya faktı müəyyən edilib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə korrupsiyaya görə 1493 nəfər həbs edilib.
2022-ci ildən agentlik ümumilikdə 1,12 trilyon tenge dəyərində olan əmlak aktivlərinin və vəsaitlərinin dövlətə qaytarılmasını təmin edib. Ötən il 486,5 milyard tenge dəyərində əmlak və vəsait geri qaytarılıb.
Anar Əliyev