Qazaxıstanın Almatı vilayətinin Karasay Rayon Məhkəməsi 6 polis əməkdaşı barədə hökm çıxarıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin yanvar hadisəsi zamanı 44 nəfər, o cümlədən Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları xüsusi qəbul məntəqəsinə yerləşdirilib. Polis əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək onlara qarşı qanunsuz əməllər törədiblər.
Məhkəmənin hökmü ilə 6 polis əməkdaşı Cinayət Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsi (17 mart 2023-cü il tarixədək redaksiyada) və 362-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilib. cinayət məcəlləsinin 58-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.
Anar Əliyev