Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə təbii qaz 9,5 faiz artıb

Türkiyədə təbii qaz 9,5 faiz artıb


Türkiyənin təbii qaz sisteminə daxil olan ümumi məbləğ 2024-cü ildə əvvəlki ilə görə 9,5 faiz artaraq 56 milyard 390 milyon 412 min kubmetrə çatıb.

Newscenter.az Neft Boru Kəməri Korporasiyasına (BOTAŞ) istinadən bildirir ki, təbii qaza tələbat keçən ilin yay aylarında yüksək temperatur səbəbiylə elektrik enerjisi istehlakının və ixrac edilən qazın artması səbəbindən artıb.

Bu dövrdə Türkiyədə sistemə verilən təbii qazın miqdarı 56 milyard 390 milyon 412 min kubmetr olaraq qeydə alınıb. Bu rəqəm 2023-cü ildə 51 milyard 477 milyon 297 min olaraq hesablanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş