Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

London-Kiyev sazişi nə vəd edir?

London-Kiyev sazişi nə vəd edir?


"Böyük Britaniya və Ukrayna arasında ticarət, təhlükəsizlik, müdafiə, təhsil və digər sahələr üzrə möhkəm əlaqələr üçün 100 illik tərəfdaşlıq sazişi imzalanıb.

ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişinin imzalanmasının ardınca, Böyük Britaniya ilə Ukrayna arasında demək olar ki, eyni mahiyyətli sazişin imzalanması təsadüfi deyil. Bunlar bir-biri ilə sıx əlaqəli və ümumi hədəfi bir planın ayrı-ayrı hissələridir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, ABŞ-Ermənistan və Böyük Britaniya-Ukrayna arasında imzalanan strateji tərəfdaşlıq sazişləri müttəfiqlərin razılaşması üzrə bölgü ilə icra edilən bir plandır:

"Hər iki sazişdə bir tərəfdən NATO-nun ən yaxın müttəfiqiləri ABŞ və Böyük Britaniya, qarşı tərəfdə isə Rusiya və İran dayanır. Böyük Britaniya və Ukrayna arasında bağlanan sazişdən irəli gəlir ki, Rusiya Ukrayna müharibəsi davam edəcək, Ukraynanın əraziləri Rusiyaya güzəştə verilməyəcək, ən azı hüquqi baxımdan. Artıq Böyük Britaniya Ukraynaya sülhməramlılar adı ilə ordu yeritməyə hazır olduğunu da bildirib. İndiki mərhələdə ehtimal və müzakirə edilən Ukrayna Rusiya danışıqları ümkünsüz hala gəlir".

Onun sözlərinə görə, əsas səhnə regionumuzda və qonşu dövlətlərlə bağlı olduğundan Azərbaycan üçün də çətin bir sınaq dövrü başlayır:

"Ancaq güclü orduya və potensiala malik olan Azərbaycan müdrik siyasəti ilə bu sınaqdan da üzüağ və qazanclı çıxacağı şübhəsizdir".

Anar Əliyev
Xəbəri paylaş