Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli məsələləri müzakirə ediblər.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin məlumatında deyilir.
Qeyd olunur ki, onlar Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) sədrliyinin nəticələrini, təşkilat çərçivəsində qarşıda duran işləri, həmçinin Ermənistan-Rusiya ikitərəfli gündəliyinə aid bir sıra məsələləri müzakirə ediblər.