Fevralın 1-dən Qazaxıstan Respublikasında “Alimbet” və “Sırım” keçid məntəqələrinin bağlanması ilə əlaqədar Rusiya Federasiyasının Orenburq vilayətində Qazaxıstanla sərhəddə yerləşən keçid məntəqəsinin işi müvəqqəti olaraq dayandırılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki,
bərpa işləri 16 ayadək müddət ərzində aparılacaq. “Orsk” və “Maştakovo” keçid məntəqələrində dövlət nəzarətinin bərpası barədə departamentin rəsmi Telegram kanalında əlavə məlumat veriləcək.
Sonrakı mərhələdə digər keçid məntəqələrində oxşar tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Anar Əliyev