Milli Məclisin deputatı Afət Həsənova növbəti dəfə seçiciləri ilə görüşüb.
Newscenter.az-a Afət Həsənovanın Deputat Qərargahından bildirilib ki, görüş zamanı millət vəkili seçicilərini narahat edən problemləri dinləyib, onların qayğıları ilə maraqlanıb.
Görüşdə seçicilərin qaldırdıqları bəzi məsələlər deputat Afət Həsənova tərəfindən yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı isə millət vəkili müvafiq qurumlara aidiyyəti üzrə müraciətlər edərək onların icrasını nəzarətə götürüb.
Süleyman İsmayılbəyli