Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişlidə baş verən hadisəni başqa istiqamətə yönəltmək cəhdləri lazımsızdır, təhlükəlidir

İmişlidə baş verən hadisəni başqa istiqamətə yönəltmək cəhdləri lazımsızdır, təhlükəlidir



"İmişlidə avtonəqliyyat hadisəsi nəticəsində ölüm halının baş verməsi, iki uşağın həlak olması böyük faciədir. İnanıram ki, hadisəni müvafiq hüquq-mühafizə orqanları obyektiv və hərtərəfli araşdıraraq hüquqi qiymətini verəcək".

Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu bu gün İmişli rayonunda baş vermiş avtonəqliyyat hadisəsinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, bu faciəni ixtişaşa çevirməyi, dövlət əmlakına zərər yetirməyi, sui-istifadə hallarına yol verməyi doğru hesab etmir:

"Emosiyalarla hərəkət etmək heç də hadisənin araşdırılmasına və düzgün qiymət verilməsinə fayda gətirməz, əksinə ziyan verə bilər".

Əli Oruclu qeyd edib ki, Azərbaycanda il ərzində yüzlərlə yol nəqliyyat hadisəsi baş verir:

"İmişlidə baş verən qəza da talehsiz bir hadisədir. Mən insanların hisslərini anlayışla qarşılayıram, lakin bu hisslərdən sui-istifadəyə yol vermək, prosesi başqa istiqamətə yönəltmək cəhdləri indiki dönəmdə nəinki lazımsızdır, hətta təhlükəlidir. Ona görə də hadisələrə emosiyalarla deyil, hüquq çərçivəsində yanaşılmasını daha doğru yol hesab edirəm".

Süleyman
Xəbəri paylaş