Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov yanğın faciəsi ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
AHK mətbuat xidməti xəbər verir ki, komitə sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Türkiyə Cümhuriyyətinin Bolu vilayətindəki Kartalkaya dağ-xizək mərkəzində baş vermiş yanğın zamanı insanların həlak olması və xəsarət alması xəbərini dərin kədər hissilə qarşıladıq.
Bu ağır faciə ilə əlaqədar olaraq həyatını itirmiş şəxslərin ailələrinə və eləcə də qardaş Türkiyə dövlətinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə şəfa diləyirik. Acınız keçmiş olsun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri"