Ne
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4.0 faiz azalaraq 212 milyon ton olacağı proqnozlaşdırılır.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair hazırladığı qısa icmala istinadən bildirir ki, Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.4 faiz azalaraq 137.6 milyon ton, ixracın isə 12.2% azalaraq 74.3 milyon ton olacağı proqnozlaşdırılır.
Anar Əliyev