Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Gürcüstan əlaqələri daha da möhkəmlənəcək

Azərbaycan-Gürcüstan əlaqələri daha da möhkəmlənəcək


"Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qonşu ölkədə keçirilən seçkilərdən sonra ilk olaraq Azərbaycana səfər etməsi mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki dost-qardaş ölkə arasında möhkəm əlaqələrin olduğunu nümayiş etdirməklə yanaşı, eyni zamanda Qərbə bir mesaj sayıla bilər. Gürcü Baş naziri bu səfərlə Qərbə onu çatdırır ki, Tbilisi-Bakı müttəfiqliyi, strateji tərəfdaşlığı kənar güclərin regiona təsir göstərməsinə, bölgədə qarşıdurma yaratmaq istəklərinə imkan verməyəcək".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Gürcüstan da Azərbaycan kimi Qərbin əsassız təzyiqləri, təxribatları ilə müntəzəm olaraq qarşılaşır:

"Seçkilərdən sonra Qərbin dəstəyi ilə bu ölkədə yaşananlar deyilənlərin təsdiqidir. Sevindirici hal ondan ibarətdir ki, nə Azərbaycan, nə də Gürcüstanda Qərbin qarşıdurma yaratmaq planları baş tutmur və bundan sonra da Qərbin bu kimi məkirli planları Bakı-Tbilisi əməkdaşlığı nəticəsində mümkün olmayacaq".

Arzuman Muradlı deyib ki, Gürcüstan ilə Azərbaycanpı təkcə tarixi tellər bir-birinə bağlamır:

"Eyni zamanda siyasi hakimiyyətlər arasında möhkəm əlaqələr, iqtisadi sahədə artan əməkdaşlıq imkanları, ən əsası hər iki ölkənin iştirakçısı olduğu qlobal əhəmiyyətli loqistika, enerji layihələri iki ölkə arasında əlaqələri hər ötən gün daha da irəli aparır. Tam əminliklə deyə bilərik ki, İrakli Kobaxidzenin səfəri və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Gürcüstan əlaqələrini daha da möhkəmləndirəcək".

Süleyman
Xəbəri paylaş