"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar aparılır. Ermənistan Avropa İttifaqının yarım hərbi mülki missiyasını çıxarmalıdır. Həmçinin, İrəvan Azərbaycana qarşı ərazi iddialarının qanunvericilik bazasından çıxarılması üçün şərtləri qəbul edib. Eyni zamanda Ermənistan Minsk qrupunun buraxılmasına gedəcək".
Newscenter.az xəbər verir ki, bunları deyən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyə prosesi aktiv şəkildə aparır və bu ölkəni ikitərəfli danışıqlarda vasitəçi kimi xarakterizə etmək olar:
"Qeyd edim ki, Ermənistan parlamentində Respublika fraksiyasının üzvü Azərbaycana qarşı ərazi iddialarını əks etdirən xəritəni kürsüyə vurub. Parlament rəhbərliyi təxribatın qarşısını alsa da bu kimi siyasi qüvvələr qalmaqdadır. Göründüyü kimi, keçmiş hakimiyyət Qarabağ məsələsini gündəmə gətirir. Ermənistanda revanşist qrup qalmaqdadır və onlar antiAzərbaycan siyasətlərini parlament səviyyəsində həyata keçiriirlər. N. Paşinyan növbəti seçkilərdə revanşist qrupu yenidən parlamentə gətirsə, ciddi problemlər olacaq".
Anar Əliyev