"Azərbaycan bütün region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinə üstünlük verir, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə səy göstərir. Bu sırada Gürcüstanla əlaqələrimiz xüsusi önəm kəsb edir. Hər iki ölkəni bir-birinə siyasi bağlar, tarixi köklərl yanaşı, qlobal əhəmiyyətli layihələr də birləşdirir, bu əlaqələri daha da genişləndirir".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Gürcüstanın Baş naziri İraklo Kobaxidzenin Azərbaycana səfərini şərh edərkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, Gürcüstanın Baş nazirinin seçkilərdən sonra ilk olaraq Azərbaycana səfər etməsi döə onu deməyə əsas verir ki, Tbilisi də Bakı ilə münasibətlərə xüsusi önəm verir:
"İrakli Kobaxidzenin Azərbaycana səfəri eyni zamanda Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyən, regionda qarşıdurma yaratmağa çalışan xarici dairələrə verilən bir cavabdır ki, Tbilisi-Bakı strateji müttəfiqliyi regiona kənar güclərin gəlməsinə imkan verməyəcək. Regionun taleyini məhz region ölkəkləri özləri həll etməlidir".
İlham Məmmədov onu da deyib ki, İrakli Kobaxidzenin səfəri çərçivəsində imzalanan sənədlər Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrə əməkdaşlıqda yeni perspektivlərin, imkanların ortaya çıxacağından, iki dost-qardaş ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyindən xəbər verir.
Süleyman