Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə PKK-nı sıradan çıxarır

Türkiyə PKK-nı sıradan çıxarır


Türkiyə ordusu son günlər Suriyada PKK/YPG-nin mövqelərinə ardıcıl zərbələr vurur. Bunu terrorçuların komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin də ABŞ mediasına etiraf edib.

“Davamlı olaraq hücum altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib”, – deyə o bildirib. Türkiyənin Əsəd rejimi devrildikdən sonra Suriyada 3 gözləntisi var. Birincisi, Suriyanın vahid və güclü dövlət kimi mövcud olmasıdır. Türkiyə Suriyada hakimiyyəti əla keçirmiş Əhməd Əl - Şaaraya öz müttəfiqi kimi baxır. Əl - Şaaranın hakimiyyətə gəldikdən sonra ən çox görüşüyü xarici qonaqlar məhz türk rəsmilərdir. Görünür ki, Suriyanın yeni rəhbərliyi öz fəaliyyətini Ankara ilə koordinasiyalı şəkildə yürüdür. Yeni hökumətin bütün ölkəyə tam nəzarət etməsi üçün başqa silahlı birləşmələr Suriyada mövcud olmamalıdır. Kürd silahlıları olan YPG / PYD - dən başqa bütün silahlı qruplar yeni hökumətin hakimiyyətini qəbul edərək silahı yerə qoyublar. Türkiyə yaxşı başa düşür ki, kürd qrupları tərksilah edilmədən Suriyada sabitlik olmayacaq.

İkinci məsələ isə bu qrupların Türkiyəyə qarşı olan iddialarıdır. Onların PKK ilə əlaqələri var və bölgədə kürd dövləti yaratmaq istəyirlər. Bu isə Türkiyənin sərhəd təhlükəsizliyini təhdid edir. Buna görə də Türkiyə onları tez bir zamanda sıradan çıxarıb öz sərhədlərində əmin - amanlıq yaratmalıdır. Digər vacib amil isə ABŞ - nin bu qruplara verdiyi dəstəkdir. Donald Tramp və Rəcəb Tayyib Ərdoğan bir çox məsələdə ortaq fikirdə olsalar da, PYD qruplaşmasına qarşı fərqli mövqeyə sahibdirlər. ABŞ bu qrupun regionda qalmasını dəstəkləyir. Vaşinqtonun əsaslandırması budur ki, onlar vaxtilə Suriyada İŞİD - də qarşı mübarizə aparıblar. Ancaq artıq İŞİD yoxdur, Əsəd rejimi də süqut edib.

Bölgədə olan kürdlərdə digər millətlər kimi vahid Suriyanın idarəetməsində iştirak edə bilərlər. Şübhəsiz ki, ABŞ - nin məqsədi bu qruplardan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməkdir. Ankarada bunu yaxşı anlayırlar və tezliklə seperatçı kürd qrupların fəaliyyətini bitirmək istəyirlər. Bir müddət əvvəl isə Suriya Demokratik Qüvvələrinin lideri Fərhad Abdi Şahin İraqın Ərbil şəhərinə gələrək bölgəni idarə edən Bərzani ailəsinin rəhbəri Məsud Bərzani ilə görüşüb. Görüş zamanı Bərzani ona Türkiyə ilə münasibətləri normallaşdırmasını və PKK - nı bölgədən çıxarmasını istəyib. Bərzanin məsləhəti tamamilə doğrudur, vaxtilə özü də Səddam Hüseyn hakimiyyətdən devrildikdən sonra bu cür etmişdir. Ancaq Bərzani ailəsi və kürd qrupları qrupları arasında fərq var. Bu Qrupların Türkiyə ilə münasibəti çox pisdir, Türkiyə onlara terrorçu kimi baxır. Ancaq Bərzani ailəsi ilə bağlı vəziyyət elə deyildi. Bərzanilər hər zaman PKK - ya qarşı məsafəli olublar. Səddam Hüseynin əlindən qaçanda onlara Türkiyə sığınacaq və qırmızı pasport verib. Türkiyə ilə münasibətləri normal idi. Buna görə hətta PKK bölgəni tərk etsə belə Türkiyə öz sərhədlərinin qarşı tərəfində, Suriyada bu cür seperatçı silahlı qrupların varlığını qəbul etməyəcək. Türkiyə özünə qarşı fəaliyyət göstərən bütün silahlı qruplar silahı yerə qoyana kimi bu cür əməliyyatları davam etdirəcək.

Zeynal Əmrəliyev, politoloq
Xəbəri paylaş